Bakını niyə yumurlar? - VİDEO

13:00 | 18.04.2015
Bakını niyə yumurlar? - VİDEO

Bakını niyə yumurlar? - VİDEO

Bakı şəhər icra hakimiyyətinin balansında maşınlar olsa da...

Azərbaycanın köhnə filmlərinə baxdıqda kadlardan Bakı küçələrində yolların yuyulmasını görürük. Çox təəssüf ki, bu mənzərəni ancaq köhnə filmlərdən görmək olur.

Müasir Bakının gözəlləşdiyi bir zamanda mərkəz küçələrin yuyulmaması çox təəssüfedici haldır. Sovetlətlər dövründə yaşamış bakılılar hələ də nostalji hissləri unutmayıblar. Sovet Bakısında yaşayanlar paytaxtın küçələrinin su maşınları ilə hər səhər yuyulmasının şahidi olurdular. Orta və yaşlı nəsil bu mənzərəni yaxşı xatırlayarlar. Paytaxt sakini 87 yaşlı Həmdulla Əyyubov ANS PRESS keçmiş xatirələri barədə danışıb.

"Sovet dövründə avtomobil hər adamda olmurdu. Bakıda tək-tük maşın vardı. Mən "xozeyn” gəzdirirdim. Yadımdadır, hər səhər sahibin dalınca gedəndə küçələrin xüsusi maşınlarla yuyulub-təmizləndiyini görürdüm. Əsasən də yaz və yay aylarında yuyulurdu. Həm sərinlik olurdu, həm də təmizlik. İndi Maşallah ölkəmiz inkişaf edib. Müasir avadanlıqlarımız var. Dövlət əhaliyə böyük xidmət göstərir. Küçələrin yuyulması məsələsini də düzəltsəydilər yaxşı olardı”, - deyə Həmdulla dayı bildirib.

Düzdür, bakılılar və şəhərimizin qonaqları paytaxtın mərkəzi küçələrini həmişə təmiz görürlər. Amma gənc nəsil küçələrin yuyulmasını öz gözləri ilə görməyib. Bəs milyonlarla insanın yaşadığı və sutkalıq minlərlə avtomobilin üstündə gəzdiyi şəhər küçələrini kimlər təmizləyir?

Elə ekspertlər də, paytaxt yollarının yuyulub təmizlənməsinin vacib olduğunu deyirlər. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ANS PRESS-ə fikirlərini bölüşərkən yolların yuyulmasının xüsusən yay aylarında vacib olduğunu bildirib.

"Çox yaxşı məsələyə toxunmusunuz. Əlbəttə yay aylarında küçələrin yuyulması yaxşı olardı. Bu məsələ ilə bağlı birbaşa Bakı şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. Bu sahədə xüsusi araşdırma aparmışam. Bakı meriyasının yolları yumaq üçün xüsusi maşınları da var. Kənar yolları yumasalar da, mərkəzi küçələr mütləq yuyulmalıdır”, - deyə Məzahir Rüstəmov bildirib.

Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı meriyasından bildirildi ki, əslində indi də paytaxt küçələrində təmizləmə və yolların yuyulması prosesi gedir. Hələlik mərkəzi yollarda yuyulma işləri aparılır. Lakin gələcəkdə bu işləri genişləndiriləcəyi bildirilir.

Qeyd edək ki, bu yaxınlarda Youtube video paylaşım saytına Bakının yuyularaq təmizlənməsi kadrları yerləşdirilib. 

ANS PRESS-in məlumatına görə, video gənc nəsil tərəfindən maraqla qarşılanıb, sovetlətlər dövründə yaşamış bakılılarda isə nostalji hisslər yaradıb.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb