Bakının gecəqondusuna çevrilən "Kubinka" - FOTOLAR

17:25 | 23.04.2015
Bakının gecəqondusuna çevrilən

Bakının gecəqondusuna çevrilən "Kubinka" - FOTOLAR

Bura nə Hindistandakı Dharavi, nə Nigeriyadakı Makoko, nə də Banqladeş gecəqondularıdır. Bura Bakının tən ortası, paytaxtın mərkəzi məhələllərindən biri "Kubinka"dır. Və orada yaşayanlar əcnəbilər, xaricilər, yaxud düşmən-filan deyil. Onlar azərbaycanlılardır, bu ölkənin vətəndaşlarıdır. 

Bir müddət əvvəl bu məhəllədə söküntü işlərinə başlanılıb. ANN.Az-ın fotoreportyorunun müşahidələrinə görə, təxminən 15-20 sökülüb və sakinləri köçürüb. Amma digər sakinlər hələ də köçürmə yolunu gözləyirlər. Sakinlərdən bəziləri onlara təklif olunan kompensasiyanın miqdarı ilə razı olmadıqlarını dilə gətiriblər: "Bizə hər kvadratmetr üçün 1500 manat təklif edirlər. Amma bu vəsait ailə üçün yetərli deyil".

Söküntü adı gələndən "Kubinka" məhəlləsinin küçələri təmizlənmir, anti-sanitariya baş alıb gedir. Nəzərə alsaq ki, qarşıdan qızmar yay ayları gəlir, o zaman fotolardan da göründüyü kimi, zibilliklərin hansı xəstəliklərin yaranmasına səbəb olacağını güman etmək olar. 

Bundan əlavə söküntü zamanı təhlükəsizlik tədbirləri görülmədiyindən uşaqlar dəfələrlə ölüm halları ilə üzləşiblər. Sakinlərdən birinin sözlərinə görə, bir-neçə dəfə söküntü zamanı ətrafa dağılan daş-kəsək balaca uşaqların oynadığı meydana düşüb.

"Kubinka"nın indiki halını bir də fotolardan görək.

Fotoların müəllifi Fərqanə Novruzovadır.

  
 
 
 









 























































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb