Bakının uşaq meydançalarını kimlər işğal edir? - ANN TV

12:55 | 11.03.2015
Bakının uşaq meydançalarını kimlər işğal edir? - ANN TV

Bakının uşaq meydançalarını kimlər işğal edir? - ANN TV

Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 183 ünvanında yerləşən uşaqların oyun meydançaları maşın dayanacağına çevrilib. Binanın qarşısında yerləşən bir neçə obyektin işçiləri öz avtomobillərini uşaq meydançasında park edirlər. Bu da bina sakinlərinin haqlı narazılığına səbəb olur. 

Uşaqların oyun meydançalarını zəbt edən digər obyektlərin işçiləri həyəti pulsuz avtodayanacağa çevirdiyindən, bina sakinləri öz avtomobillərini də həyətlərində park edə bilmirlər. Ard-arda düzülən maşınların əlindən binanın uşaqları həyətdə oynamağa yer tapmırlar. 

Uşaqlardan biri cəsarətlənib müxbirimizlə bu barədə danışmaq istəsə də, həyətdə özünə "obyekt” qurmuş şəxslərdən biri acıqlanaraq, uşağı oradan qovdu. 

Əraziyə nəzarət edən 59 nömrəli mənzil istismar sahəsində isə deyirlər ki, MİS bu işlə məşğul olmur: ""JEK"in avtomobilləri ərazidə saxlamağa qadağa qoymaq kimi bir səlahiyyəti yoxdur. Sakinlər bizə ərizə ilə müraciət etsələr, Nəsimi rayon icra hakimiyyətində bu məsələni qaldıra bilərik".

Görünən odur ki, uşaq meydançasını avtodayanacağa çevirmək bəzi "işbazların” işinə yarayır.

Operator: Fərqanə Novruzova

Müəllif: Fəridə Alıyeva

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb