• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 2015-Avropa Olimpiadasının keçirilmə vaxtı açıqlandı

Bakıda 2015-Avropa Olimpiadasının keçirilmə vaxtı açıqlandı
29.05.2020 09:58
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və tarixi açıqlanıb. ANN.Az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.Onun sözlərinə görə, iyunun 12-28-də baş tutacaq ilk Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq. “Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir”.Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil. Hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir: “Atletika və boksla bağlı hələ tam qərar verməmişik. Amma müsbət nəticələr əldə olunacağını gözləyirik. Dəyişiklik olduqca məlumat verəcəyik. Əlavə idman növlərini daxil etmək baxımından Bakının da imkanlarını nəzərə almalıyıq”.İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Nazirin sözlərinə görə, komissiya üzvləri həmin idman qurğusu ilə tanış olublar və çox bəyəniblər. İdman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə olimpiya təmayüllüdürlər. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa da, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.A. Rəhimov hazırda əksər növlər üzrə yığma komandalarımızın formalaşdırıldığını bildirib. O, yalnız triatlonun Azərbaycanda əhatə olunmadığını deyib:“Bu növ üzrə də çox vacib addımlar atmalıyıq. Triatlon üzgüçülük, velosiped idmanı və qaçışdan ibarətdir. Digər idman növləri üzrə yığmalarımız da var, bəzilərində yüksək nəticələrimiz də. Elə kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini də yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, Avropanın yüksək divizionunda iştirak edirlər. Bu növə də ümidlərimiz çoxdur. Çünki 3X3 növü olacağından, nəticə qazanmaq olar. Velosiped növündə böyük inkişaf müşahidə olunur. İlk dəfə “Tur dAzerbaidjan” yarışı keçirilir. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı”.Azad Rəhimov həmçinin bildirib ki, hazırda təşkilat komitəsi sədri tərəfindən Bakıda Avropa Oyunlarının Əməliyyat şirkətinin fəaliyyətə başlaması barədə əmr imzalanıb.“Təşkilat Olimpiya kəndində yerləşir. Əməliyyat şirkəti öz fəaliyyətinə başlayıb. Hal-hazırda müxtəlif ölkələrdən ekspertlər dəvət olunurlar. Bu gün ən əsas məsləhətçi vəzifəsini Dak Arno dəvət olunub. O, London Olimpiya Oyunlarının yüksək vəzifəli rəhbərlərindən olub. Digər vəzifələrə insanlar baxılır və onlarla müqavilələr bağlanacaq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 12:38
Bəzi yerlərə qar yağıb - faktiki hava
Sabahın hava proqnozu açıqlanıb
Baku 2015 12:36
Sabahın hava proqnozu açıqlanıb
Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ
Baku 2015 16:46
Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ
Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Baku 2015 14:50
Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Baku 2015 10:36
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Sabah yağış yağacaq
Baku 2015 13:05
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Baku 2015 12:10
Sabahın hava proqnozu açıqlanıb
Sabah hava yağmursuz olacaq
Baku 2015 13:15
Sabah hava yağmursuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol