• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA ilə Böyük Britaniyanın TransTech Capital LLP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

AMEA ilə Böyük Britaniyanın TransTech Capital LLP şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
18.05.2015 15:16
TransTechCapital (TTC), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri akademik Vüqar Babayevin Birləşmiş Krallığa səfəri zamanı, AMEA-nın texniki institutlarında əqli mülkiyyətin səmərəli kommersiyalaşdırma modeli üçün texnologiyanın transferinin nümunəvi mexanizmini yaratmaq məqsədilə, TTC ilə AMEA arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanda mükəmməl texniki institutlar, universitetlər və akademiyaların mövcud olması TTC şirkətinin ölkəmizə xüsusi maraq göstərməsinə səbəb olub. Eyni zamanda, onlar, Azərbaycanın Bakı 2015 Birinci Avropa Oyunları kimi, beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi nəticəsində yüksək bacarıqlara malik və peşəkar işçi qüvvəsini formalaşdırdığını da qeyd ediblər.

TTC şirkəti, akademik Vüqar Babayevin Birləşmiş Krallığa səfərinə ev sahibliyi etdi; səfər zamanı, Oksford, London və Mançester universitetlərində Birləşmiş Krallığın texnologiyanın ötürülməsi və investisiya üzrə aparıcı mütəxəssislərinin bəziləri ilə uğurlu görüşlər də keçirilib. 

AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin müdiri akademik Vüqar Babayev dedi: "Biz, "TransTech Capital” şirkəti ilə Anlaşma Memorandumu imzaladığımız üçün çox məmnunuq və bizi Birləşmiş Krallıqda texnologiyaların ötürülməsində yaratdıqları yüksək səviyyəli əlaqələrlə tanış etdikləri üçün minnətdarlığımızı bildiririk. TTC-nin texnologiyaların ötürülməsi, kommersiyalaşdırma və risklərin maliyyələşdirilməsi üzrə qazandığı peşəkarlıq AMEA üçün əhəmiyyətli dəyərə çevriləcək”.

TTC-nin tamhüquqlu tərəfdaşı Saymon Robison bunları dedi: "AMEA daxilində mühüm əhəmiyyət kəsb edən innovativ tədqiqat qurumu mövcuddur. Azərbaycan, sözün həqiqi mənasında, imkanlarla zəngin ölkədir. AMEA kimi institutlara və bacarıqların inkişafına dövlət investisiyasına dəstək göstərməklə, Bakı 2015 Avropa Oyunları vasitəsilə, gənc ölkənin yüksək potensialının gerçəkləşdirilməsi istiqamətində görülmüş işlərin bir hissəsi olmaq istəyirik.”

SON

TransTech Capital LLP haqqında

TTC, 1983-cü ildən texnologiyanın kommersiyalaşdırılması sektoruna sərmayə yatıran, mükafata layiq görülmüş "MTI Partners” texnologiya investisiya qrupunun üzvü, investisiya şirkəti və vençur kapitalı məsləhətçisidir. 

Komanda üzvləri, müşavirlik və investisiya fəaliyyətləri zamanı, 100-dən artıq texnologiya şirkətinə maliyyə yatırıb və formalaşdırıb. TTC-nin məşvərət heyəti, texnologiyanın ötürülməsi və texnoloji tədqiqat, inkişaf, biznes tədqiqat əməliyyatları, investisiya və çıxışların da daxil olduğu kommersiyalaşdırma üzrə böyük təcrübəyə sahibdir. Heyət, texnologiyanın ötürülməsi üzrə dünyanın aparıcı  universitetləri ilə əməkdaşlıq edib. 

TTC-nin məqsədi, qeyri-neft əsaslı ÜDM artımına nail olmaq üçün öz texnologiya kommersiyalaşdırmasını, biznes tədqiqat əməliyyatları və vençur kapitalı peşəkarlığını Azərbaycanın   akademik institutları və korporasiyalarına ötürməkdir. 

TransTech Capital LLP-nin Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə saxlayın: Saymon Robison, TransTechCapital LLP-nin tam hüquqlu tərəfdaşı: 

BK Tel+44 (0)1207 591 397
BK Fax+44 (0)1207 590 124
Azərbaycan mob: 050 373 47 42
BK mob:+44 (0)7885 680 237

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol