Balaca adam

16:46 | 07.10.2014
Balaca adam

Balaca adam

Kəmalə AbiyevaDemək olar ki, əlifbanıöyrənəndən kitab oxumuşam. Yəni kitab oxumağa, özü də qalın kitablarıoxumağa meylim olub, sonralar oxuyanda müəyyən abzasları ötürdüyümkitabları, çox anlamasam belə bir cümlə ötürmədən oxuyardum. Bəlkə dəyaxşı anlamırdım ona görə cümlə-cümlə oxuyurdum. Kitab yığırdım.Özyazıçılarımızı isə xüsusi həvəslə sevə-sevə oxuyardım. İndi dəoxuyuram. Desəm ki, müasir gəncləri, cavanları da eyni həvəslə oxuyuram,yalan olar. Yəni o qədər o kimdir, bu kimdir, o yazıçı deyil, bu nəyazıb - deyə hay-küy salırlar ki, heç oxumaq da istəmirsən. Amma aradaoxuduqlarım olur, indisə kitablarını axtarıram kimi oxuyum deyə.Oxuduqca "Bu nədi" düşünürəm. Yəni həmişə bəyəndiyimçün yox, daha çoxçaşıb qaldığım üçün. Çox maraqlı bir təzad yaranır: Sovetdövrünü, o dövrdə yaranan ədəbiyyatı, sosializmdən yazanları ziyalıya,söz adamına yaraşmayan, uymayan bir təzdə söyüb-söyüşdürməyi özləriyçünqəhrəmanlıq bilənlər nədən yazır, nə yazır? Hə, bunların qəhrəmanlarımanyakdı, 3-5 manatlıq yaşlı qadınların növbəsində dayanan ucuzgənclərdi, ancaq söyüşlə danışan, bir-birini aşağılayanlardı, bunlarıntanıdığı qızlar hamısı kiçik yaşlarından pozğundu, fahişədi və s. Yəniİnsan yoxdu əksəriyyətinin hekayəsində, romanında, ya hansısa yazısında.Şeirlərində də söyüş, işlətməyə utandığımız sözlər baş alıb gedir. Mənbilmirəm bunun səbəbi nədir? Özləri deyir ki, istənilən adamsöyüş söyür. Məsələn, mən belə düşünmürəm. Amma düşünürəm ki, insan çoxəsəbiləşsə, aqressiv olsa bir az da söyüş söyə bilər. Belələri də çoxdeyil. Ya da bu insanın danışıq tərzi də deyil. Yəni elə salamey"gic..." deyən birini görməmişəm və bu normal deyil. Yəni savadlı,savadsız birinin belə danışmağı normal deyil. Varsa bunu yazımızla,səviyyəmizlə yox etməliyik, daha "sənət əsəri" kimi təqdim etməlideyilik. Hər halda bu mənim yanaşmamdı. Elə belə düşünə-düşünə kitab oxumaq istəyirdim. Birdən "Balaca adam"la rastlaşdım. Ah, bu "Balaca adam"da nələr varmış, nələr: İnsanlaroxuduqları, yazdıqları kitabların tayıdı. Məsələn, almanlar özfilosoflarına, ingilislər Hamletlərinə oxşadıqları kimi biz də "ala-bulakeçi"mizə oxşayırıq. Doğurdan oxşayırıq amma. Bizi xəbərdar ediblərhətta "çoban açınca gözün, qalar iki buynuzun", amma heç onu dabilməmişik. Ona görə gözümüzü də açmırıq, heç bilmirik nə qalıb."BDU-nunqapısı ağzında qoca bir kişi yay-qış kitabları səkiyə düzüb müştərigözləyir. O olmasaydı deyərdim BDU-nu yerli-dibli bağlayaq, yerindəşadlıq sarayı açaq, adını da qoyaq "Zəngilan". Məncə belə olacaq, daha bir şadlıq sarayı arzumuz reallaşacaq."Balaca adam" deyir ki, şərqinsanı necə ölməyi, necə öldürməyi bir mədəniyyət halına gətirdi. Qərbinsanı necə yaşamağı. Biz yaşamaqdan qorxa-qorxa ümidimizi axirətdünyasına bağladıq. Bu da axırı...Nədiryaşamaq? Hər şeydən öncə susmamaq, doğrusunu söyləmək, özünə xəyanətetməmək. Nədir yaşamaq? Doya-doya sevmək, yaxşı işlər görmək, insanlarayardım etmək, kimsənin qəlbini qırmamaq, ruhuna azadlıq verməkdir. Biznə etdik?"Hə, "Balaca adam", biz nə etdik ki, "Azərbaycanda gülümsəməkdən kədərli heç nə yoxdu". Yəqin ona görə ki, "niyə komanda oyunu oynaya bilmirik?" sualı hamımızı düşündürmür. Ya düşündürürsə, cavabını bilmirik. Amma bu haqda fikirlərin çox maraqlıdı, sadə və aydındı:"Azərbaycanlını pul birləşdirmir. Pul üstündə davaları çox görmüşük.

Azərbaycanlını ideya birləşdirmir. İdeologiyalar bizdə həmişə hibritləşib, əcaib şəkil alıb.

Bizi mədəniyyət birləşdirmir. Hər bölgənin, hər rayonun... öz "mədəniyyəti" var.

Bizivətən, xalq anlayışı birləşdirmir. Xalqın qabırğasına nə qədər döşəsənkimsənin səsi çıxmayacaq. Bir bölgənin, bir rayonun adına tənqidifikirlər səsləndirsən, zənglər, hədələr, bəyanatlar gələcək.Və Azərbaycanda bir neçə beynin üzərində qurulmuş nə şirkət, nə QHT, nə hansısa partiya mövcud deyil". Ah"Balaca adam", burda ürəyimdən keçəni necə deməyim. Bu MƏN hissi, Bizola bilməmək məhv edir bizi. Tariximizi oxuyanda, öyrənəndə ürəyimsıxılır axı. Ayrı-ayrı xanlıqlar, ayrı-ayrı xanlar nə tarix qoyublarbizə..."Balaca adam" o qədər sadə, o qədər rahat və dəqiqdanışır ki, qəliz, narahat, qaranlıq mətləbləri anlayırsan. Deyir ki,həyat mübarizədir, otur şükür elə, ya şükür elə ki, həyat mübarizədir.İndi yanaşma qalır özümüzə, ya mübarizə, ya şükür...Azərbaycanıfolklor idarə edir - deyən "Balaca adam" elə gözlənilməz, elə gərəklimətləblərdən söz açır ki, doğruluğuna təəssüf etməyə bilmirsən:"Hərhansı bayatı, qoşma və ya muğam Azərbaycan insanına onun hüquqlarından,qanunlardan daha doğma, daha yaxındır. Bu yerdə ağlıma maraqlı ideyagəldi: bəlkə qanunlarımız qafiyəli şeirlə yazılsın. Bəlkə qanunlarımızamusiqi bəstələnsin? Musiqili qanunlar bizim xalqın sümüyünə düşərdi.Hələ toylarda əl qaldırıb süzərdilər bu mahnılara". Düzdeyir, biz istənilən yerdə, məsələn, "Zəngəzur", ya "Şuşa"sarayındaistənilən musiqini oynayarıq. İstənilən adam oxusun, onu sevərik, "millisəs", "xalqın səsi", "madonna", " kraliça"... seçərik. Biz qanunlarıseçə bilmirik, görmürük yəni. Kağız üstə qanunları kimə oxudaq, kiməöyrədək? Bax mahnı olsaydı..."Balaca adam"ı tanıdıqca məəttəlqaldım: elə bil ürəyimi (ya ürəyimizi) oxuyur. Başımı fırladan, ürəyimiyıxan bütün nəsnələrdən danışır: korrupsiyadan, yaşamağımızdan, yaşamağayanaşmamızdan, təhsilə-idmana ayrılan pullardan, "milli" dediyimiztəfəkkürdən, Bakını necə xilas etməkdən... ümumilikdə insan olmaqdan.Bizi "qorxulu nağılın qorxulu personojları" olmaqdan qurtarmaq istəyirbəlkə?Bəlkə desəm də əminəm ki, hamımıza işıq arzulayır,nələrdənsə xilas etmək istəyir. Nə dediyini, nə anlatdığını bilmək üçünonu yaxından tanımaq lazımdı... onu - "Balaca adam"ı."Balaca adam"ısizinlə Zahir Əzəmət tanış edir. Zahir Əzəmət. Məncə tanış olmağa dəyər."Ədalət" qəzeti

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM