Bank Respublika, ölkə başçısı cənab İlham Əliyevin həssas
əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin
bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.
Belə ki, Bank bu məqsədlə, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının
Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali
qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa
dair Memorandumuna qoşulmuşdur.
Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və
regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi
olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif
sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material,
avadanlıq və digər əmlakları təqdim etmişdir.
"Bank Respublika, Prezident İlham Əliyevin
Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına
qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük məmnuniyyətlə
dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər
zaman dəstək olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına
da hər zaman böyük önəm vermişdir. Biz inanırıq ki, proqramın iştirakçıları
verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə biləcəklər. Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin
yaradılması, sosial rifahın yüksəldilməsinə yardımçı olacaq”. deyə
Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !