Bank Respublika PayPass Stiker texnologiyasını təqdim etdi

07:27 | 12.06.2019
Bank Respublika PayPass Stiker texnologiyasını təqdim etdi

Bank Respublika PayPass Stiker texnologiyasını təqdim etdi

Bank Respublika PayPass Stiker texnologiyasının təqdimatını keçirib. Belə ki, bundan sonra Bank Respublikanın müştəriləri  bank kartı ilə yanaşı PayPass stikerlərdən də istifadə etməklə ödəniş edə biləcəklər.  Onların qiyməti 20 manat təşkil edəcək. 
 
"Hazırda bankın yarım milyon müştərisi var və mobil texnologiyqlardan geniş istifadə edirik. Azərbaycanda texnoloji liderlərdən biri olmağa çalışırıq", bunu Bank Respublikanın İdarə heyətinin sədri Tariyel İsmayılov PayPass Stiker texnologiyasının təqdimat məraisimndəki çıxışında bildirib. 
 
Bu texnologiyaya ödəniş vasitələrində yeni mərhələnin başlangıcı demək olar. Belə ki, PayPass stikerini istənilən əşyanın üzərinə yapışdırmaqla, məsələn mobil telefonun üzərinə, ödəniş edə bilərsiniz. Yəni portmanatda artıq sayı olmayan kart daşımağa ehtiyac olmayacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb