Nazirlər Kabinetində 5 şöbə ləğv olundu

16:28 | 04.06.2018
Nazirlər Kabinetində 5 şöbə ləğv olundu

Nazirlər Kabinetində 5 şöbə ləğv olundu

Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.

Report-un əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.

Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.

Bundan başqa, Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib. Baş nazirin Katibliyinin rəisi vəzifəsi vakantdır.

NK-nın Aparat rəhbəri vəzifəsi əvvəlki kimi Ağabala Hacıyevə tapşırılıb. Tofiq Sarıcalinski, Natiq Əzizov və Sabir Bayramov isə Baş nazirin köməkçisidirlər. Hər üç şəxs sabiq Baş nazir Artur Rasizadənin də köməkçiləri olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb