Baş Prokurorluq "AzadlıqRadiosu"nun Bakı bürosunda axtarışa başladı

13:18 | 26.12.2014
Baş Prokurorluq

Baş Prokurorluq "AzadlıqRadiosu"nun Bakı bürosunda axtarışa başladı

Bu gün təxminən 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayıblar.

Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub. //azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM