Bayram qabağı avtobuslarda gediş haqqları qalxacaqmı?

16:06 | 19.12.2014
Bayram qabağı avtobuslarda gediş haqqları qalxacaqmı?

Bayram qabağı avtobuslarda gediş haqqları qalxacaqmı?

"Bakı Beynəlxalq Avtovağzalı dekabr ayının 27-dən başlayaraq yanvar ayının 5-dək gücləndirilmiş iş rejimində çalışacaq”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, bayram günlərində heç bir qiymət artımı olmayacaq və bununla bağlı nəzarət gücləndiriləcək.

"Qiymətlər bayram günlərində də əvvəl olduğu kimi olacaq”.

Növbə rəisi bildirib ki, bütün istiqamətlərdə avtobusların sayı artırılacaq:

"Bayram ərəfəsində sıxlıq müşahidə olunur. Bütün istiqamətlərdə sıxlıq müşahidə olunduğundan hər bir istiqamətdə avtobusların sayı artırılacaq. Bayram günlərində əlavə avtobusları xətlərə buraxacyıq”-deyə M.Abdullayev vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb