Belarus DİN itkin düşən müxalifətçinin axtarışına başladı

21:30 | 08.09.2020
Belarus DİN itkin düşən müxalifətçinin axtarışına başladı

Belarus DİN itkin düşən müxalifətçinin axtarışına başladı

Belarus polisi dünən səhər saatlarında itkin düşən müxalifətçi Maria Kolesnikovanın axtarışlarına başlayıb.

Anews.az "TASS”a istinadla xəbər verir ki, Belarusda müxalifətin koordinasiya şurasının idarə heyətinin üzvü Maria Kolesnikovanın itkin düşməsi barədə ailəsi polisə müraciət edib. Belarus DİN müraciətin qəbul edildiyini və Kolesnikovanın axtarışlarına başladıqlarını deyib.

Qeyd edək ki, dünən səhər saatlarında Maria Kolesnikovanın Minskdəki Milli İncəsənət Muzeyi yaxınlığında mikroavtobusla qaçırıldığı bildirilir.













www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb