Bələdiyyə sədri şəhid ailəsinin torpağını başqa vətəndaşa satır -ŞƏMKİRDƏN ŞİKAYƏT

17:11 | 19.08.2020
Bələdiyyə sədri şəhid ailəsinin torpağını başqa vətəndaşa satır -ŞƏMKİRDƏN ŞİKAYƏT

Bələdiyyə sədri şəhid ailəsinin torpağını başqa vətəndaşa satır -ŞƏMKİRDƏN ŞİKAYƏT

Şəmkir şəhər bələdiyyəsinin rəhbəri  Namiq Həsənov vətəndaşlara məxsus məxsus torpaq  sahəsini müxtəlif bəhanələrlə əllərindən alaraq  başqa şəxslərə  satır, bunu Anews.az-a göndərdiyi videomüraciətində Gədəbəy sakini  Elməddin Yunisov bildirir.

O, həmçinin bildirir ki, bununla bağlı dəfələrlə Şəmkir rayon icra hakimiyyətinə mütaciət etsə də nətiə əldə etməyib. 

Daha ətraflı videomaterialda: 



Məsələ ilə bağlı Şəmkir şəhər bələdiyyə rəhbəri Namiq Həsənov ilə əlaqə saxladıq. Həsənov bildirir ki, Elməddin Yunisova satılmış torpaq sahəsi örüş yeridir və ona verilən sənədlər saxtadır.
 
"Həmin torpaq sahələrini vətəndaşlar şəxsi və saxta qərarlar ilə ələ keçiriblər. Örüş sahəsi olduğuna görə, bü gün o torpaqların sənədləşməsində böyük problemlər yaranıb. Alimpaşa Məmmədov icra başçısı təyin olunandan və mən bələdiyyə seçiləndən həmin ərazidə saxta yolla satılmış torpaqların və qanunsuz tikilmiş evlərin problemli sənədlərinin düzəlməsinə çalışırıq. Həmin ərazilər keçmişdə bir neçə nəfər dələduzlar tərəfindən satılıb. Sonradan həmin işin üstü açılıb, dələduzlardan biri özünü asaraq öldürüb", - deyə Vüqar Həsənov bildirdi.
 
Zaur Qənbərov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb