“Berti Foqts izahat verməlidir” – Elxan Məmmədov

17:51 | 14.10.2014
“Berti Foqts izahat verməlidir” – Elxan Məmmədov

“Berti Foqts izahat verməlidir” – Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin “Avro-2016”da Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini şərh edib.

Qol.Az-ın xəbərinə görə, bu gün jurnalistlərə açıqlamasında qurumu rəsmisi qeyd edib ki, seçmə mərhələdəki hər üç oyundakı məğlubiyyət pis nəticədir.

E.Məmmədov bildirib ki, baş məşqçinin qarşısına müəyyən vəzifə qoyulsa da, hələlik milli xal qazana bilməyib: "Bu isə komandanı qarşıya qoyulaq məqsəddən uzaqlaşdırır".

AFFA rəsmisi bildirib ki, xorvatlara biabırçı məğlubiyyət təhlil olunacaq və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə olunacaq.

“Berti Foqts nəticələrə görə izahat verməlidir. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyununda xalsız qayıtmaq da bizim məqsədimiz deyildi” – deyə o vurğulayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb