Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü

11:27 | 26.03.2014
Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü

Bəşər Əsədin daha iki əmisi oğlu öldürüldü

Bəşər Əsədin yaxın qohumlarından daha ikisi öldürülüb.ANS PRESS-in xəbərinə görə, Suriya prezidenti Bəşər Əsədin 2 əmisi oğlu Türkiyəyə yaxın bir qəsəbədə müxaliflərlə baş verən qaşıdurmada hücum nəticəsində öldürülüb. Beləliklə də, Əsədin son günlər ölən əmisi oğlanlarının sayı üçə çatıb. Bundan əvvəl isə bazar günü Lazkiyə bölgəsinin milis (Şəbbiha) komandiri olan Hilal Əsəd yeddi döyüşçüsü ilə birlikdə Latakiyanın Kəsəb qəsəbəsində "Nusrət cəbhəsi" və digər qruplarla baş verən qarşıdurmadan öldürülmüşdü.Qeyd edək ki, ötən həftənin cümə günündən bəri Suriya əsgərləri ilə müxalif qruplar arasında tez-tez qarşıdurmalar olur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM