Beynəlxalq Bank konsolidasiya xəbərini təkzib etdi

13:06 | 22.04.2016
Beynəlxalq Bank konsolidasiya xəbərini təkzib etdi

Beynəlxalq Bank konsolidasiya xəbərini təkzib etdi

Azərbaycan Beynəlxalq Bankı (ABB) "Bank Standard" QSC-nin ABB ilə konsolidasiyasına dair yayılan xəbərlərlə bağlı mövqeyini açıqlayıb. 

Bankın mətbuat katibi Yadigar Cəfərli "Report"a açıqlamasında bu məlumatı təkzib edib. O, ABB və "Bank Standard"ın birləşməsi ilə bağlı hər hansı danışıqların aparılmadığını bildirib.

Qeyd edək ki, bu günlərdə bank sektorundakı mənbələrə istinadən bu iki bankın birləşməsi istiqamətində danışıqların aparılması, hələlik heç bir razılaşmanın əldə olunmaması, lakin birləşmə məsələsinin aprelin sonunadək həll olunacağı barədə xəbərlər yayılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb