“Beynəlxalq Bank”ın Rusiyadakı filialları bağlandı

15:14 | 06.03.2018
“Beynəlxalq Bank”ın Rusiyadakı filialları bağlandı

“Beynəlxalq Bank”ın Rusiyadakı filialları bağlandı

"Azərbaycan Beynəlxalq Bankı” özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - "MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.

Anews.az banka istinadən xəbər verir ki, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanması barədə qərar "MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə diqqəti ayırmaq məqsədi daşıyır.

Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb