Beynəlxalq film festivalının mütəxəssisləri Bakıya gələcək

15:45 | 09.08.2014
Beynəlxalq film festivalının mütəxəssisləri Bakıya gələcək

Beynəlxalq film festivalının mütəxəssisləri Bakıya gələcək

Kino sahəsində çalışan gənclərin öz layihələrini Avropada təqdim etmələri üçün ustad dərsləri keçiriləcəkKarlovı Varı Beynəlxalq Film Festivalının direktoru və kino mütəxəssisləri “Azərbaycanfilm” kinostudiyasının dəvəti ilə bu ilin sentyabrında Bakıya gələcək.ANS PRESS-in məlumatına görə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildiriblər ki, kino sahəsində çalışan gənclərin öz layihələrini Avropada təqdim etmələri üçün ustad dərsləri keçiriləcək. Ustad dərslərini Avropadan dəvət edilmiş beş mütəxəssiz keçəcək.Müasir layihələr dünyada necə reallaşdırılır, böyük fondlar və şirkətlərlə layihələr həyata keçirməyin prinsipləri nədir və s. bu istiqamətdə gənclərimizin məlumatlandırılması ilə bağlı ötən il reallaşdırılan “Xəzər” layihəsini bu il davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb