Beynəlxalq Valyuta Fondu Qırğızıstana xəbərdarlıq etdi

19:40 | 14.09.2017
Beynəlxalq Valyuta Fondu Qırğızıstana xəbərdarlıq etdi

Beynəlxalq Valyuta Fondu Qırğızıstana xəbərdarlıq etdi

Beynəlxalq Valyuta Fondu (BVF) Qırğızıstan hökumətini büdcə kəsirini minimuma endirmək üçün sərf etdiyi xərcləri azaltmaq yönündə xəbərdar edib.

anews.az xəbər verir ki, işgüzar səfəri çərçivəsində paytaxt Bişkekə gələn BVF-nin missiyası Qırğızıstanın İqtisadiyyat naziri Artem Novikovla görüşüb.

BVF-nin missiya rəhbəri Edvard Gemayel hökumətə yüksək xərcləmələrin qarşısını almaq və büdcə kəsirini azaltmağı tövsiyə edib.

Qeyd edək ki, Qırğızıstan parlamenti 2017-ci il büdcəsi layihəsində 338 milyon dollar kəsir proqnozlaşdırıb.

Maliyyə Nazirliyinin açıqlamasına  görə, ölkənin BVF-yə borcu 184 milyon dollardır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb