Beyrutda baş verən partlayışdan sonra neft bahalaşdı

23:32 | 04.08.2020
Beyrutda baş verən partlayışdan sonra neft bahalaşdı

Beyrutda baş verən partlayışdan sonra neft bahalaşdı

Beyrut limanında baş verən partlayış və İsrailin  bu hadisədə əlinin olmaması barədə  açıqlamasından sonra neftin qiymətli bahalaşıb.


Şimal dənizində Brent markalı neft qarışığının oktyabr fyuçerslərinin qiyməti bu günə nisbətən 0,68% artaraq 1  barrel üçün 44,6 dollar olub. WTI markalı neftin sentyabr fyuçersləri isə 1,68% bahalaşaraq bir barelə görə 41,71 dollara çatıb. Partlayışdan əvvəl Brent markalı neftin bir barreli 44,23 dollar, WTI isə 41.36 dollar / barel idi.


Çərşənbə axşamı  Beyrut limanı ərazisində güclü partlayış baş verib. Episentrdən bir neçə kilometr radiusda olan evlərdə partlayış dalğası şüşələri sındırıb. Mediada ən azı 30 ölüm, yüzlərlə yaralının olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb