Bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edildi

16:49 | 07.05.2016
Bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edildi

Bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edildi

Azərbaycanda bəzi məhsulların idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında qəbul edilən "Vergi Məcəlləsinə" dəyişikliklər nəzərdə tutur.

Dəyişikliklərə əsasən, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanları və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb