Biləsuvardakı hadisəyə görə 7 nəfər saxlanıldı

15:14 | 05.05.2020
Biləsuvardakı hadisəyə görə 7 nəfər saxlanıldı

Biləsuvardakı hadisəyə görə 7 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun mətbuat xidmətləri Biləsuvar rayon İcra Hakimiyyətinin qarşısındakı hadisə ilə bağlı birgə məlumat yayıb. 

Anews.az həmin məlumatı təqdim edir:

"May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.

Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Hazırda istintaq araşdırmaları davam etdirilir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb