Binəli Yıldırım Bakıya gəlir

09:53 | 20.09.2018
Binəli Yıldırım Bakıya gəlir

Binəli Yıldırım Bakıya gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın bu gün Azərbaycana səfəri başlayır.

Oxu.Az-ın xəbərinə görə, B.Yıldırımın sentyabrın 21-də keçiriləcək və Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, artıq ATƏT PA-nın sədri, həmçinin, Bolqarıstanın, Omanın, Küveytin, Cibutinin, Bosniya-Herseqovinanın, Səudiyyə Ərəbistanının, Qırğız Respublikasının spikerləri Bakıdadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM