Binəqədi sakinlərindən şikayət - Ağacları kəsirlər

16:13 | 31.01.2018
Binəqədi sakinlərindən şikayət - Ağacları kəsirlər

Binəqədi sakinlərindən şikayət - Ağacları kəsirlər

Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında binanın qarşısındakı parkda ağacları kəsib yerində obyekt tikirlər.

Bununla bağlı Modern.az saytına şikayət daxil olub. Sakinlər bildirib ki, binanın qarşısı parkdır və parkın yarı hissəsi tamamilə dağıdılıb:

"İşləri gecə görürlər . Ağır texnikalarla ağacları kökündən çıxarırlar. Bu barədə Binəqədi rayon  İcra Hakimiyyətinə zəng edirik, lakin deyirlər ki, xəbərləri yoxdur. Bunun kim tərəfindən edildiyi məlum deyil. Ərazi Binəqədi bələdiyyəsinin  qonşuluğunda, Binəqədi  rayon İcra hakimiyyətinin 300 metrliyində yerləşir”.


Məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov saytımıza açıqlama verib. O bildirib ki, bununla bağlı nazirliyin qaynar xəttinə də şikayət daxil olub:

"Əməkdaşlarımız şikayətiçilərin iştirakı ilə yerində araşdırma aparıblar.  Sakinlər ağacların kəsiləcəyi ilə bağlı narazılıqlarını bildiriblər. Lakin orada heç bir ağac kəsintisi faktı olmayıb. İcra Hakimiyyəti nümayəndələri də həmin ərazidə park salınacağı ilə bağlı məlumat veriblər və  parkın layihəsini təqdim ediblər. Buna baxmayaraq biz nəzarətin gücləndirilməsi üçün oradakı bütün ağacları qeydiyyata götürmüşük”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb