Bir gecədə 4,3 milyard dollar itirdi

16:14 | 26.02.2018
Bir gecədə 4,3 milyard dollar itirdi

Bir gecədə 4,3 milyard dollar itirdi

 
"ZARA”, "Berşka”, "Pull & Bear” markaları ilə dünyada məşhur olan "İnditex” şirkətinin aktivləri son 3 ilin ən aşağı həddinə çatıb.
 
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "İnditex”in sahibi Amancio Ortega 2017-ci ili 75 milyard dollar sərvətlə başa vuraraq dünyanın ən zəngin 4-cü insanı olub. Lakin şirkətin aktivlərindəki eniş səbəbindən Ortega 7 milyard dollar itirib. 

Bu ilin fevralın 23-də bir gecədə 4,3 milyard dollar itirən Ortega 67,8 milyardlıq sərvətlə zənginlər siyahısında 7-ci sıraya qədər geriləyib. Beləliklə, Ortega Avropanın ən zəngin iş adamı titulunu itirib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM