Birinci rübdə ADY 34 nəfər işçini ixtisar edib

12:55 | 06.05.2024
Birinci rübdə  ADY 34 nəfər işçini ixtisar edib

Birinci rübdə ADY 34 nəfər işçini ixtisar edib

2024-cü ililn birinc rübündə "Azərbaycan Dəmir Yolları” QSC-nin işçi sayı 4 838 nəfər olub ki, bu da illik müqayisədə 413 nəfər və ya 9.3% artım deməkdir.  Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumat verib.

2023-cü ilk rübünün sonunda 4 425 nəfər, ötən ilin sonuna 4 872 nəfər idi. "Azərbaycan Dəmir Yolları” QSC-nin işçilərinin sayı 2023-cü ilin sonuna nisbətən 34 nəfər azalıb.
 
ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb