Birinci xanım futbol oynadı - VİDEO

14:27 | 10.09.2014
Birinci xanım futbol oynadı - VİDEO

Birinci xanım futbol oynadı - VİDEO

Ukrayna prezidenti Pyotr Poroşenkonun həyat yoldaşı futbol oynayıb. ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, birinci xanım Xarkovda ayaqyalın stadiona çıxıb. Mariya Poroşenko kimsəsiz uşaqlar üçün olan reablitasiya mərkəzində olub. Onların ailələrə qaytarılması prosesinin tezləşdirilməsi ilə tanış olub. Birinci xanım uşaqlara hədiyyələr təqdim edib, onlarla əylənib. O, idman dərsində olan uşaqlarla da görüşüb. Xanım Poroşenko qız şagirdlərlə kişilərin sevimli oyunu olan futbol oynamaqdan da çəkinməyib. Qapıya keçən birinci xanım ayaqqabılarını da çıxarıb. O, birinci top zərbəsini məharətlə dəf etsə də, ikinci topu tuta bilməyib. Daha sonra Mariya Poroşenko futbolçu qız ilə yerdəyişmə edib. "Mən bu uşaqların gözlərində müəllimlərinə, Ukraynaya sevgi gördüm", deyə birinci xanım səfər təəssüratlarını bölüşüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM