"Biz Azərbaycanda qaçqın və ya məcburi köçkün olmağın nə olduğunu çox yaxşı bilirik"

14:21 | 23.05.2016

"Biz Azərbaycanda qaçqın və ya məcburi köçkün olmağın nə olduğunu çox yaxşı bilirik"

Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda I Ümumdünya Humanitar Sammitdə çıxışında deyib.

Prezident bildirib: "Biz Azərbaycanda qaçqın və ya məcburi köçkün olmağın nə olduğunu çox yaxşı bilirik".

Dövlət başçısı xatırladıb ki, bir milyondan çox azərbaycanlı 20 ildən artıq müddət ərzində Ermənistanın hərbi təcavüzündən və işğalından əziyyət çəkir.

İlham Əliyev qeyd edib: "Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub".

Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb