BİZİM QONAQ: "Kuklaların kolleksiyaçıları - bu, VIP-obrazlardır"

16:00 | 25.06.2015
BİZİM QONAQ:

BİZİM QONAQ: "Kuklaların kolleksiyaçıları - bu, VIP-obrazlardır"

ANN.TV-nin bu günkü qonağı müəllif kuklalarının hazırlanması üzrə usta, tanınmış rəssam və ekspert Pərviz Hüseynovdur. Yaradıcı cütlüyün - Pərviz bəy və onun xanımı İrina Qundorinin maraqlı və orijinal əl işləri həmişə tamaşaçıları sevindirib.
 
Söhbət zamanı Hüseynov "Art-Kukla" Bakı qalereyasının heyrətamizliyindən bəhs edib, müəllif kuklalarının yaradılması ilə necə və nə vaxtdan məşğul olmağa başladıqlarını yada salıb, eləcə də həyat yoldaşı ilə yaradıcılıq birliklərindən danışıb. 
 
Müsahibə zamanı Pərviz müəllim bizi "Art-Kukla" qalereyasına kiçik ekskursiyaya dəvət etdi, eyni zamanda o, bir kuklanın meydana gəlməsi üçün nə qədər vaxtın tələb olunduöunu praktik olaraq bizə nümayiş etdirməyə çalışıb. 

Tanınmış rəssamın əl işləri  "Kukla Dünyası", "Kukla ustası" və "Nərgiz" kimi məşhur jurnallarda dərc olunur.
 
Söhbətinin sonunda Pərviz Hüseynov böyük nüfuza malik Bakı Beynəlxalq kukla biennalesi "Dolls Fusion" layihəsinin necə meydana gəldiyindən danışıb.

ANN.TV-nin "Bizim qonağ"ı ilə söhbəti oxuculara təqdim edirik.

Müəlliflər: Rüstəm Qasımov
Fəridə Alıyeva


 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb