BMT: Hələbdə vəziyyət çox ağırdır

21:36 | 16.08.2016
BMT: Hələbdə vəziyyət çox ağırdır

BMT: Hələbdə vəziyyət çox ağırdır

"Suriyanın Hələb şəhərində vəziyyət həddindən artıq ağırdır, ölkədə böhranın siyasi həllinə dərhal qayıtmaq zəruridir."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriyada araşdırmalar üzrə Müstəqil Komissiyasının çərşənbə axşamı yayılmış bəyanatında deyilir.

Sənəddə vurğulanır ki, Müstəqil Komissiya hazırda son günlər döyüşlərin intensivləşdiyi şəhərin şərq hissəsində qərarlaşan dinc əhalinin, o cümlədən 100 min uşağın təhlükəsizliyindən ciddi narahatdır.

"Hələbdə mülki əhalininağır həddə düşən vəziyyəti dərhal diqqət və əməli addımlar tələb edir", - bəyanatda bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM