Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda liderdir

12:05 | 07.09.2016
Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr sırasına daxildir (12 475 - 4 126 ABŞ dolları həddində).

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.

Hesabata əsasən, Azərbaycanın qonşu ölkələri Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub. Sənəddə qeyd olunur ki, Rusiya - yüksək gəlir səviyyəsi olan ölkələr kateqoriyasında, Ermənistan və Gürcüstan isə - orta həddən aşağı gəlir səviyyəsi olan ölkələr kateqoriyasında yer alıb (4 125 - 1 046 ABŞ dolları).
Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb