BMT və NATO-nun baş katibləri Paris terrorunu pislədilər

11:44 | 14.11.2015
BMT və NATO-nun baş katibləri Paris terrorunu pislədilər

BMT və NATO-nun baş katibləri Paris terrorunu pislədilər

Yens Stoltenberq: Terrorizm demokratiyanı heç vaxt məğlub edə bilməyəcək

BMT-nın baş katibi Pan Gi Mun və qurumun Təhlükəsizlik Şurası Fransanın paytaxtı Parisdə törədilən terror aktlarını pisləyib. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, baş katib cinayətkarların tezliklə məhkəmə qarşısında cavab verməsi üçün Fransa hökumətinin lazımi addımlar atacağına əmin olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurası da hücumla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, qorxaq və vəhşicəsinə həyata keçirilən hücum ən kəskin şəkildə pislənilir.

Bundan başqa, NATO-nun baş katibi Yens Stoltenberq isə hadisədən şoka düşdüyünü deyib: "Parisdə baş verən dəhşətli hücumlar səbəbindən şoka düşmüşəm. Bütün fikirlərim hadisədə həlak olan insanların ailələri və Fransa xalqının yanındadır. Terrorizmə qarşı mübarizədə güclü və birlikdə olmağımızı dəstəkləyirəm. Terrorizm demokratiyanı heç vaxt məğlub edə bilməyəcək".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM