"Bolqarıstan "İpək yolu" dəhlizini genişləndirmək niyyətindədir"

11:12 | 14.07.2016

"Bolqarıstan "İpək yolu" dəhlizini genişləndirmək niyyətindədir"

"İpək yolu" adlanan nəqliyyat dəhlizinin Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan üzərindən keçməsini istəyirik".
 
"APA-Economics" xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib.
 
"Asiyadan olan tərəfdaşlarımız öz mallarını Avropa bazarlarına çıxarmaq üçün səylər göstərir. Türkiyənin də dəstəyi ilə biz də "İpək yolu" adlanan ticari dəhlizini genişləndirmək istəyirik. Bizim Çün hökuməti ilə də danışıqlarımız davam edir. "İpək yolu"na marağın artırılması üçün çox işlər görüləcək", - deyə prezident bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb