Borjomidə meşə yanğınları tüğyan edir

19:45 | 01.05.2018
Borjomidə meşə yanğınları tüğyan edir

Borjomidə meşə yanğınları tüğyan edir

Gürcüstanın Borjomi kurortunun 25 kilometrliyində yerləşən Sakire kəndinin meşəsində gecə saatlarında başlayan yanğını lokallaşdırmaq mümkün olmayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Rustavi 2” telekanalı məlumat yayıb. 

İlkin məlumatlara görə, yanğın yarım hektardan çox ərazini məhv edib. 

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yaydığı məlumatda bildirilib ki, alovun yayılması təhlükəsi yoxdur.

"Ciddi təhlükə mövcud deyil. Vəziyyət tam nəzarətdədir”, - Borjomi rayonu Xilasetmə Xidmətinin rəhbəri İlya Tavtetrişvili deyib. 

Yanğının dağ relyefində baş verməsi onun lokallaşdırılması prosesini çətinləşdirdiyinə görə, Tiflisdən hadisə yerinə əlavə qüvvələr cəlb olunub. 

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb