BP-Azerbaijan şirkətində kütləvi ixtisarlar

16:27 | 27.01.2015
BP-Azerbaijan şirkətində kütləvi ixtisarlar

BP-Azerbaijan şirkətində kütləvi ixtisarlar

bp-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun-müddətli və çox əhəmiyyətli layihələrdir. bp şirkəti bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək.

Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.

Bu barədə Oxu.Az-ın kütləvi ixtisarlar barədə sorğusuna cavab olaraq, bp Azerbaijan şirkətindən bildiriblər.

"Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq.  

Bu imkanlar əsasən əməliyyat proseslərimizinin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes  fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabərqabiliyyətli olmağımızı təmin edəcək.

Bununla belə,  əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq.

Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq”, - deyə, bp Azerbaijan-ın açıqlamasında deyilir.

Şirkət həmçinin ixtisarlar barədə yayılan xəbərləri təsdiqləyib:

"Bu tədbirlərin bir hissəsi olaraq biz təşkilatımızın quruluşunu nəzərdən keçirmişik və biznesimizin məzmununa uyğun olaraq təşkilatımızın yeni quruluşu daha yığcamdır. Bunun nəticəsi olaraq bəzi vəzifələr ixtisara salınıb.

Bu, həm yerli, həm də xarici vətəndaşların tutduğu vəzifələrə aiddir. Onu da bildirmək istərdik ki, bununla bağlı olan qərarlar şirkətin Davranış Kodeksi və Dəyərləri, həmçinin ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qəbul edilir.”

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb