BP Azərbaycan üzrə yarım milyardlıq müqavilə bağladı

16:05 | 28.04.2016
BP Azərbaycan üzrə yarım milyardlıq müqavilə bağladı

BP Azərbaycan üzrə yarım milyardlıq müqavilə bağladı

"Wood Group” şirkəti Azərbaycanda BP-nin səkkiz neft-qaz qurğularında mühəndis, təchizat və inşaat xidməti üzrə 500 milyon dollarlıq müqaviləni qazanıb.

Oxu.Az-a şirkətdən verilən məlumata görə, müqavilə beş il müddətinə bağlanıb.

"Wood Group” şərq regionu üzrə idarəçi direktoru Devid Buçan bəyan edib ki, yeni müqavilənin təqdimatı BP ilə möhkəm əlaqələrin göstəricisidir.

Onun sözlərinə görə, şirkət yerli kadrları işə götürəcək və onları inkişaf etdirəcək.

"Biz çalışdığımız cəmiyyətdə yerli personalın inkişafına, tərəfdaşlığa və təchizatçıları dəstəkləməyə sadiq qalırıq. Bu cari müqavilədə də əks olunub, müqavilənin şərtlərinə görə, yerli personal əməkdaşların 50%-ni təşkil edəcək”.

Müqavilə üzrə "Şıraq”, "Mərkəzi Azəri”nin 2 platforması, "Şərqi Azəri”nin 1 platforması, "Qərbi Azəri”nin 2 platforması, dərinözüllü "Günəşli”nin 2 platforması və "Şahdəniz” yatağının ilk mərhələsinin platformasına xidmət göstəriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb