BP Azərbaycanda qaz hasilatını ötən ilki səviyyədə saxlayacaq

13:02 | 11.02.2016
BP Azərbaycanda qaz hasilatını ötən ilki səviyyədə saxlayacaq

BP Azərbaycanda qaz hasilatını ötən ilki səviyyədə saxlayacaq

"BP-Azerbaijan" şirkəti 2016-cı ildə Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatının səviyyəsini ötən ilin səviyyəsində saxlamağı planlaşdırır.
 
Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Qordon Birrell "Natural Gas Europe"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il "Şahdəniz"dən təqribən 10 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat hasil edilib: "Gözləyirik ki, 2016-cı ildə hasilat belə yüksək səviyyədə qalacaq".

Qeyd edək ki, "Şahdəniz" yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb