BP bu il "Şahdəniz" yatağında hasilatı eyni səviyyədə saxlayacaq

14:57 | 11.02.2016
BP bu il

BP bu il "Şahdəniz" yatağında hasilatı eyni səviyyədə saxlayacaq

BP şirkətinin 2016-cı ildə də Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından hasilatı yüksək səviyyədə saxlamağı planlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell "Natural gas Europe" nəşrinə bildirib.

O qeyd edib ki, 2015-ci ildə yataqdan 10 mlrd. kubmetr qaz və 2,3 mln. ton kondensat hasil edilib: "2016-cı ildə də yataqdan hasilatı eyni yüksək səviyyədə saxlamağı nəzərdə tuturuq. 2015-ci ildə "Şahdəniz" yatağından hasil olunan qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılıb, eyni zamanda "BTC Co." şirkətinə verilib".
Q.Birrell "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından da danışaraq bildirib ki, 2015-ci ildə orta hesabla gündəlik 9 mln. kubmetr səmt qazı SOCAR-a verilib: "Hasil olunan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. Hazırda bizim AÇG-də 6 qaz injektor quyumuz var".

Şirkət rəsmisi AÇG və "Şahdəniz" yataqlarında aparılan qazma işlərindən danışaraq bildirib ki, bu günədək "BP-Azerbaijan" şirkəti 190 quyu qazıb.

Q.Birrell "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi üçün görülən işlərdən də danışaraq qeyd edib ki, layihə çərçivəsində 6 000 metrdən çox dərinlikdə 26 hasilat quyusunun qazılması nəzərdə tutulur və artıq 9 quyu qazılıb.

"Mərhələ 2" çərçivəsində quyulardan ildə 16 mlrd. kubmetr qaz hasil olunacaq ki, bu həcm Türkiyə və Cənub-Şərqi Avropa bazarlarına çatdırılacaq. Cədvələ uyğun olaraq, hədəfimiz ilk qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırmaqdır", - deyə regional prezident əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb