BQXK Dilqəm və Şahbaza baş çəkdi

15:02 | 11.09.2018
BQXK Dilqəm və Şahbaza baş çəkdi

BQXK Dilqəm və Şahbaza baş çəkdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Qurum rəsmisi bildirib ki, komitə nümayəndələri avqust ayında başçəkmə həyata keçirib:

"Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti və onlarla rəftarla bağlı monitorinq keçirilib”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb