Britaniyanın Baş naziri müstəqillik istəyən şotlandlara müraciət etdi

16:48 | 10.09.2014
Britaniyanın Baş naziri müstəqillik istəyən şotlandlara müraciət etdi

Britaniyanın Baş naziri müstəqillik istəyən şotlandlara müraciət etdi

Böyük Britaniyanın baş naziri Devid Kameron referendum keçirərək Britaniyadan ayrılmaq istəyən şotlandlara müraciət edib. 
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir bildirib ki,  onlar birlikdə daha yaxşı gələcək qura bilərlər: “Əgər Böyük Britaniya dağılsa, o birdəfəlik dağılacaq”.
Britaniya hökumətinin rəhbəri şotlandların tarixi qərar qəbul edəcəklərini bildirib. “Bu tarixi qərardır, hansı ki, Birləşmiş Krallığın gələcəyinə qara hərflərlə yazılacaq”.
“Biz istəyirik ki, bu tarixi məqamda bizi eşitsinlər. Biz seçicilərə onu demək istəyirik ki, onların getməsini istəmirik. Biz istəyirik ki, onlar qalsınlar”.
18 sentyabrda gerçəkləşəcək seçkilərdə şotlandlar gələcək müqəddəratlarını həll edəcəklər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM