Brüsseldə törədilən partlayışlarda 34 nəfər ölüb, 136 nəfər yaralanıb - RƏSMİ

17:21 | 22.03.2016
Brüsseldə törədilən partlayışlarda 34 nəfər ölüb, 136 nəfər yaralanıb - RƏSMİ

Brüsseldə törədilən partlayışlarda 34 nəfər ölüb, 136 nəfər yaralanıb - RƏSMİ

 Belçika paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfər çatıb.
 
Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən "Kalaşnikov” markalı silah tapılıb.
 
 
***
 
15.26
 
Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlarla bağlı rəsmi açıqlama verilib.
 
APA-nın xarici KİV-ə istinadən məlumatına görə, Zaventem hava limanında ard-arda törədilən iki partlayışda 11 nəfər, metroda törədilən partlayışda isə 15 nəfər olmaqla, ümumilikdə 26 nəfər ölüb, 35 nəfərdən çox şəxs yaralanıb.
 
Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib. 
 
Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.
 
Qeyd edək ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi. 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb