Bu cihaz eyni anda bir neçə qurğunu enerji ilə doldurur

21:11 | 06.01.2017
Bu cihaz eyni anda bir neçə qurğunu enerji ilə doldurur

Bu cihaz eyni anda bir neçə qurğunu enerji ilə doldurur

Ötən il Fransanın "Energysquare” startapı eyni vaxtda bir neçə qurğunu enerji ilə doldurmağa imkan verən simsiz enerji doldurma qurğusunu təqdim edib. 

"Kickstarter” platformasında yerləşdirilmiş layihə 100 min avro toplaya bilib. İndi isə "Energysquare” şirkəti öz enerji doldurma qurğusunun işlək prototipini "CES 2017” sərgisində nümayiş etdirib. Sözügedən qurğu istənilən smartfon və planşeti dəstəkləyir. Simsiz enerji doldurmanı dəstəkləməyən qurğuların arxa hissəsinə yapışdırılan stiker "microUSB”, "USB Type-C” və ya "Lightning” konnektorları vasitəsilə cihazın batareyasını enerji ilə doldurur.

"4pda.ru” saytı yazır ki, cari rübdə satışa çıxarılacaq "Energysquare” cihazının qiyməti 89 dollar təşkil edəcək. Yükləmə sahəsi və 5 ədəd stiker tədarük dəstinə daxildir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb