Bu gənc oğlanın bizə ehtiyacı var

10:13 | 10.11.2014
Bu gənc oğlanın bizə ehtiyacı var

Bu gənc oğlanın bizə ehtiyacı var

Bakı sakini, ağır xəstəlikdən əziyyət çəkən Tural Rəsulova təcili kömək lazımdır. ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları facebook sosial şəbəkəsində məlumat yayıblar. Bununla bağlı müraciətdə deyilir: “Tural ağır vəziyyətdədir. Bel-fəqərə sümükləri qırılıb, böyrəkləri işləmir, çətinlik çəkir. Ailənin maddi vəziyyəti çox ağırdır. Xəstəxana xərclərini verə bilmədikləri üçün kömək lazımdır. Sizdən xahişim-bu ay xatirinə, İmam Hüseyn xatirinə, qardaşımıza dua və kömək edək”. T.Rəsulovun həyatda qalmağına yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: (070) 922 18 09, (051) 460 33 44ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM