Bu gün Azərbaycanda görünməmiş isti olacaq – VİDEO

11:08 | 20.08.2014
Bu gün Azərbaycanda görünməmiş isti olacaq – VİDEO

Bu gün Azərbaycanda görünməmiş isti olacaq – VİDEO

“Termometr 51, hətta 60 dərəcə göstərə bilər”.

Onlayn mediada yayılan şəkil sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, paytaxtdakı dayanacaqlarda 51 dərəcəni göstərən temperatur insanlarda təşviş yaradıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bu günlərdə istilərin kəskin artacağı ilə bağlı məlumat verilsə də bu temperaturun 40 dərəcəni keçməyəcəyi vurğulanırdı. 

Nazirliyin baş hidroloqu Asif Verdiyev müzakirələrə səbəb olan görüntü ilə bağlı açıqlamasında, dayanacaq termometrlərinin düzgün işləmədiyini, daha doğrusu bir başa günəş şüası altında yerləşən termometrin nəinki 51, hətta 60 göstərə biləcəyini deyir. 

Gündəlik hidrometeoroloji proqnoz isə kölgədə quraşdırılmış termometrlərə əsasən açıqlanır. 

Baş hidroloqun sözlərinə görə, həftə sonunda 2000-ci ildən bu yana ən isti temperatur olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb