Bu gün Həsənağa Turabovun doğum günüdür

09:23 | 24.04.2014
Bu gün Həsənağa Turabovun doğum günüdür

Bu gün Həsənağa Turabovun doğum günüdür

Bu gün Azərbaycanın tanınmış aktyorlarından Həsənağa Turabovun doğum günüdür. ANS PRESS-in məlumatına görə, mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor Həsənağa Turabovun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib.Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.Həsənağa Turabov öz bənzərsiz oyunu ilə Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. Mərhum sənətkar yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Sənətkar 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etmiş, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olmuşdur. Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb. Görkəmli sənətkar 2003-cü il fevralın 23-də dünyasını dəyişib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb