Bu gün almanlarla italyanlar üz-üzə gələcək

09:51 | 02.07.2016
Bu gün almanlarla italyanlar üz-üzə gələcək

Bu gün almanlarla italyanlar üz-üzə gələcək

Bu gün Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparacaqlar.
 
Turnirin favoritlərindən hesab olunan, ancaq çempionat başlayandan bəri istədiyi oyunu heç cür nümayiş etdirə bilməyən Almaniya millisi yalnızca 1/8 finalda Slovakiya ilə oyunda nisbətən rahat qələbə qazanmışdı.
 
"Bundestim”in əksinə, yarışdan əvvəl şansları o qədər də yüksək dəyərləndirilməyən İtaliya yığması isə hər kəsi təəccübləndirməyə davam edir. Özünəxas oyun üslubuna malik "mavilər” qarşılarına çıxan rəqibləri növbə ilə yolundan kənarlaşdırmağı bacarıb. Antonio Kontenin yetirmələri 1/8 finalda erkən final olaraq dəyərləndirilən İspaniya ilə matçda da inamlı qələbə qazanıb.
 
Bu dəfə isə hədəf turnirin daha bir favoritini – son dünya çempionunu evə yollamaqdır.
 
 
Avropa çempionatı
1/4 final
2 iyul
 
23:00. Almaniya – İtaliya
Baş hakim: Viktor Kassai

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti