Bu gün Bakı sirkində yeni mövsümün açılışıdır - VIDEO

09:19 | 31.10.2015
Bu gün Bakı sirkində yeni mövsümün açılışıdır - VIDEO

Bu gün Bakı sirkində yeni mövsümün açılışıdır - VIDEO

"Lasta-rika” sirk-şousu noyabrın sonlarınadək nümayiş etdiriləcək.

Dəniz şiri, pinqvinlər, qutanlar paytaxtın mərkəzində, inanılmazdır. Amma bu bir reallıqdır.

ANS TV-nin məlumatına görə, bu gün Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq.

Rusiya Federasiyasından dəvət olunmuş sirk ustalarının proqramı "Lasta-rika” adlanır və onlar şəhərimizdə ilk dəfə çıxış edəcəklər.

Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. 

Belə ki, sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək.

Proqrama, həmçinin hamı üçün maraqlı olacaq "dəniz şirlərinin teatrı”, atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir.

Pinqvinlərin təlimçisi Natali Mayakrovskaya da elə bu heyvanlarla işləməyin çox maraqlı olduğunu bildirdi:

"Onlar özünü çox yaxşı aparır. Demək olar ev heyvanlarıdı. Biz onları çox sevirik. Onlar da insanları sevməklə yanaşı ünsiyyətdə olmağı xoşlayırlar. Biz onları çətin nömrələri yerinə yetirməyə məcbur etmirik. Sadəcə tamaşaçılara xoş olur onları izləmək. Elə onlara da səhnəyə çıxmaq xoşdu”.

"Lasta-rika” sirk-şousu noyabrın sonlarınadək nümayiş etdiriləcək. 

Biletləri sirkin kassalarından əldə etmək olar.

Qiymətlər isə yerlərə görə dəyişir. 8 manatdan, 15 manata qədər olan biletləri isə cibinizə uyğun olaraq əldə edə bilərsiniz.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb