Ramzan Kadırov Hollivud filminə çəkildi - VİDEO

17:09 | 26.05.2015
Ramzan Kadırov Hollivud filminə çəkildi - VİDEO

Ramzan Kadırov Hollivud filminə çəkildi - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov "Kto ne ponyal, tot poymet” ("Kim alnamırsa, o anlayacaq”) döyüş filmində baş rola çəkilib.
 
Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Kadırov öz İnstagram səhifəsində yerləşdirib.

Filmin 30 saniyəlik treylerini də şəxsi səhifəsində yerləşdirən respublika rəhbəri çəkilişlərin başa çatdığını da xəbər verib. Kadırov filmin adı açıqlanmayan Hollivud rejissoru tərəfindən çəkildiyini yazıb:

"Bu uzun danışıqlardan sonra baş roluna çəkilməyə razı olduğum döyüş filmidir. Ayrı səhnələr artıq çəkilib. Rejissor isə məşhur Hollivud filmlərinin rejissorudur. Filmdə bir çox dünya ulduzları da çəkilib. Müəlliflər əmindir ki, film böyük uğur qazanacaq”.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb