Anews.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, o, yalnız özünə zərər yetirmir, yalnız səngər dostlarına, təmsil etdiyi orduya zərər yetirmir, həm də düşmənin maraqlarına xidmət edir: "Düşmən məlum virusdur, onun ayaqda qalmasına çalışmaq, elə bu virusun yaşamasına xidmət etmək tələbə tabe olmamanın başqa bir adıdır. İnsanların gəlirləri azalacaq, azuqəsi yetərli olmayacaq, əyləncəsi, rahatlığı pozulacaq, ancaq müharibə şərtlərində bunların hamısından da betər durumla üzləşilir, insanlar dirənişi məhz bu şərtlərdə daha ləyəqətlə göstərməli, hadisələrin nəzarətdən çıxmaması üçün hökumətə köməklik etməlidir. Kəsəsi, "evdə qal”ı bəyənməyənlər, əvəzində "gorda qal”ı seçəcəklər. Allahı sevərsiniz, ciddiləşin ki, virusu ciddiliyinizlə qorxudasınız!”.Musavat.com
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !