Bu Palata üzvlərini də narahat etməlidir - Qüdrət Həsənquliyev

12:50 | 19.04.2024
Bu Palata üzvlərini də narahat etməlidir - Qüdrət Həsənquliyev

Bu Palata üzvlərini də narahat etməlidir - Qüdrət Həsənquliyev

Ölkədə maliyyə ilə bağlı intizam acınaqlı vəziyyətdədir. Bunu deputat Qüdrət Həsənquliyev deyib. 
 
"Palatanın hesabatında qeyd olunur ki, 562,5 milyon manatlıq pozuntu olub. Bu da onu göstərir ki, maliyyə ilə bağlı intizam acınacaqlıdır. Bu yaxınlarda mətbuatda oxudum ki, ABŞ-da tikilən məktəb Azərbaycanda tikilən məktəbdən 3 dəfə ucuz başa gəlib. Bu Palatanın üzvlərini də narahat etməlidir. Dövlət qurumlarının layihələrini icra edən özəl şirkətlər də yoxlanmalıdır", - deputat aprelin 19-da Milli Məclisdə "Hesablama Palatası"nın hesabatına münasibət bildirərkən söyləyib. 
 
Deputat vurğulayıb ki, Milli Məclisdə büdcəyə nəzarətlə bağlı qanun qəbul olunmalıdır və Milli Məclisdə buna nəzarət edən komitə yaradılmalıdır.  
 
Deputat Tahir Mirkişili Həsənquliyeva cavab olaraq bilirib ki, yoxlama nəzarətindəki pozuntular 20%-dən 9,7% düşüb. Bu da müsbət işlərinin nəticəsidir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb